...

Yaxın Şərqdəki hadisələrin Mərkəzi Asiyaya təsiri ağlabatan deyil – BVF-in Azərbaycan missiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2011 18:11 (UTC +04:00)
Yaxın Şərq ölkələrində baş verən hadisələrin Mərkəzi Asiya regionuna və Azərbaycana təsiri ağlabatan deyil.
Yaxın Şərqdəki hadisələrin Mərkəzi Asiyaya təsiri ağlabatan deyil – BVF-in Azərbaycan missiyasının rəhbəri

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir N.İsmayılova/

Yaxın Şərq ölkələrində baş verən hadisələrin Mərkəzi Asiya regionuna və Azərbaycana təsiri ağlabatan deyil. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının yeni rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin (MCD) direktor müavini Nədim İlahi Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında deyib.

"İndi Yaxın Şərqdə baş verən hadisələri və onların digər ölkələrə təsirini qiymətləndirmək çətindir. BVF-in ekspertləri bu məsələni təhlil etməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycan və Mərkəzi Asiya regionu Yaxın Şərqlə ticari, siyasi və iqtisadi əlaqələrlə sıx bağlı deyil və Yaxın Şərqdə baş verən hadisələrin təsiri ağlabatan deyil, lakin digər tərəfdən hazırda dünyanın bütün ölkələri qarşılıqlı əlaqədədirlər", - İlahi qeyd edib.

Misirdə son onilliklər ərzində hökumət əleyhinə ən irimiqyaslı etiraz aksiyaları keçirilib. Müxtəlif şəhərlərdə minlərlə adam prezident Hüsni Mübarəkin istefası və parlamentin buraxılması tələbi ilə küçələrə çıxıblar. Azı 300 nəfər həlak olub, 4 mindən artıq adam xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışaraq Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb ediblər. Nəticədə cümə günü Mübarək istefaya getdiyini bəyan edib, ölkəyə rəhbərlik isə Silahlı Qüvvələrin Ali Şurasına tapşırılıb.

Xəbər lenti

Xəbər lenti