...

Azərbaycan bankı "Kapital Bank" yeni texnologiyalara maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2011 16:51 (UTC +04:00)
Yanvar ayının sonunda Almaniyanın Padeborn şəhərində "Wincor World 2011" sərgisi keçirilib.
Azərbaycan bankı "Kapital Bank" yeni texnologiyalara maraq göstərir

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Yanvar ayının sonunda Almaniyanın Padeborn şəhərində "Wincor World 2011" sərgisi keçirilib. Trend-in məlumatına görə, bu barədə "Kapital Bank"ın cümə axşamı yaydığı məlumatda deyilir.

"Bank avadanlıqları ilə bağlı məhsul və xidmətlər sahəsində aparıcı olan "Wincor Nixdorf" şirkətinin təşkil etdiyi sərgidə "Kapital Bank" da öz nümayəndəsi ilə təmsil olunub", - məlumatda deyilir.

Sərgidə bank fəaliyyəti sahəsində kompleks avtomatlaşdırmaya, pərakəndə ticarət və pul dövriyyəsi ilə bağlı əməliyyatların daha da sürətləndirilməsinə imkan yaradan yeni texnologiyalar nümayiş etdirilib. Dünyanın 90-dan çox ölkəsindən nümayəndələrin iştirak etdiyi sərgi çərçivəsində 50 təqdimat keçirilib. "Wincor Nixdorf" sərgi iştirakçılarına yeni məhsullar, proqram təminatları, servis və məsləhət xidmətləri təklif edilib.

Öz fəaliyyətində modern texnologiyalardan faydalanan "Kapital Bank" bu sahədə ixtisaslaşmış aparıcı şirkətlərlə əməkdaşlığa daim böyük önəm verir. Bank "Wincor Nixdorf" şirkətinin tərəfdaşı olan "B/S2" şirkəti ilə yaxından əməkdaşlıq edir. Sərgi gedişində "Kapital Bank"ın "B/S2" şirkəti ilə gələcək əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti