Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Alfa Sığorta" ASC-nin ümumi məbləği 1,5 milyon manat olan adi, adlı, sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının bazar ertəsi yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 1,5 min emissiya buraxılıb.
Emissiyaların yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı indiki 3,1 milyon manatdan 4,6 milyon manatadək yüksəldilib.
"Alfa Sığorta" ASC-nin təsisatçısı 2006-cı ilin dekabrında şirkətin 100 faizli səhmlərini alan "Texnikabank" ASC-dir. "Alfa Sığorta"nın altı icbari, 24 könüllü olmaqla, 30 növ sığorta xidməti göstərmək hüququ var. Şirkətin nizmanamə kapitalı 3,1 milyon manat təşkil edir.
Fevralın 28-nə olan rəsmi məzənnə 0,7941 AZN/USD təşkil edir.