...

Azərbaycan bankı "TuranBank" "MicroVest"dən maliyyələşməni cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 19:59 (UTC +04:00)
Azərbaycan bankı "TuranBank" ABŞ-dakı mikromaliyyə istiqamətli ilk özəl maliyyə institutlarından olan "MicroVest"dən maliyyələşməni cəlb edir.
Azərbaycan bankı "TuranBank" "MicroVest"dən maliyyələşməni cəlb edir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "TuranBank" ABŞ-dakı mikromaliyyə istiqamətli ilk özəl maliyyə institutlarından olan "MicroVest"dən maliyyələşməni cəlb edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı saytında dərcə edilən məlumatda deyilir.

İlkin razılaşmaya əsasən, "MicroVest" və "MicroVest Short Duration Fund" "TuranBank"a 2,5 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitini 2 tranşda ayırır.

İlkin tranşda artıq 950 min ABŞ dolları ayrılıb, cari ilin mart ayında isə 1,5 milyon ABŞ dollarının 2-ci tranşla tamamlanması nəzərdə tutulub.

"MicroVest" maliyyə institutu 2003-cü ildə mikromaliyyə sektorunun maliyyələşdirilməsi üzrə vasitəçi qurum kimi yaranıb. "MicroVest"in məqsədləri: aşağı gəlirli maliyyə institutlarına, eyni zamanda, mikromaliyyə təşkilatlarına maliyyə dəstəyi göstərmək, fərdi müştərilərin maliyyələşdirilməsi məqsədilə maliyyə piramidasının yaradılmasında iştirak etmək.

2003-cü ildən başlayaraq "MicroVest" 25 ölkə üzrə 50-dən çox mikromaliyyə təşkilatını maliyyələşdirir.

"TuranBank"ın 25 səhmdarı var. Onlardan beşi hüquqi şəxs (21,8 faiz), 20-si isə fiziki şəxsdir (78,2 faiz).

Xəbər lenti

Xəbər lenti