...

DB Azərbaycanda kapital bazarının modernləşdirilməsi üzrə krediti təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Bədəlova/

Dünya Bankının (DB) Direktorlar Şurası maliyyələrə girişin və qeyri-neft sektorunun sürətli iqtisadi artımına yardımın yaxşılaşdırılması məqsədilə kapital bazarı alətlərinin genişləndirilməsində Azərbaycana yardım üzrə maliyyə paketini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə bankın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

DB-nin kapital bazarının modernləşdirilməsi (CMMP) üçün nəzərdə tutulan 12 milyon dollar məbləğində krediti maliyyə sektorunun möhkəmləndirilməsi və şaxələndirilməsində Azərbaycan hökumətinə göstərdiyi dəstəyin davamıdır.

Beləliklə də layihə ortamüddətli perspektivdə özəl sektora davamlı alternativ maliyyə mənbələri üçün imkanların təmin edilməsi yolu ilə dəstəyin artırılmasını nəzərdə tutur ki, bu da Dünya Bankının 2011-14-cü illərdə ölkə ilə qeyri-neft sektorunun möhkəmləndirilməsi strategiyası çərçivəsində birinci strateji tapşırığın icrasına kömək edəcək.

DB-nin Azərbaycan üzrə meneceri Cozef Ouenin sözlərinə görə, bank hakimiyyətin ortamüddətli perspektivdə kapital bazarının modernləşdirilməsi üzrə səylərini dəstəkləməyə sadiqdir və bu planda CMMP layihəsi kapitala girişin yaxşılaşdırılması yolu ilə daha rəqabətədözümlü qeyri-neft sektoru yaratmağa kömək edəcək.

DB işçi qrupunun rəhbəri Maykl Edvarsın sözlərinə görə, CMMP layihəsi maliyyə sektorunun daha yaxşı şaxələndirilməsi, ortamüddətli perspektivdə korporativ idarəetmənin möhkəmləndirilməsi və maliyyəyə girişin yaxşılaşdırılması yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün zəruri olan prioritet və razılaşdırılmış islahatlar paketini dəstəkləyir.

CMMP layihəsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupuna daxildir) vəsaitləri hesabına üç illik güzəşt dövrü ilə 15 il müddətinə verilir.

Azərbaycanla əməkdaşlığın əvvəlindən DB tərəfindən ölkəyə 43 layihə üçün 2,9 milyard dollar vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti