...

Bakı kəndlərində 100 hektar ərazidə üzüm bağı salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 15:11 (UTC +04:00)
Yaxın bir neçə ildə Bakı kəndlərində 100 hektar ərazidə üzüm bağı salınacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.
Bakı kəndlərində 100 hektar ərazidə üzüm bağı salınacaq

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Yaxın bir neçə ildə Bakı kəndlərində 100 hektar ərazidə üzüm bağı salınacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.

"Bi istiqamətdə artıq sahibkarlarla müzakirələr aparılır və fond tərəfindən intensiv iş görülür", - Abdullayev qeyd edib.

Hazırda SKMF Azərbaycan regionlarında üzümçülüyün inkişafı sahəsində bir sıra layihələr həyata keçirir və gələcəkdə bu istiqamətdə fəaliyyət davam etdiriləcək.

"Aparılan işlər çərçivəsində Qusar rayonunda süfrəvə texniki istiqamətli üzüm sortları daxil olmaqla, 50 hektar üzüm bağı salınacaq", - SKMF rəhbəri qeyd edib.

Onun sözlərinə görə, belə təkliflər ölkənin başqa regionlarından da var və yaxın vaxtlarda onlar qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti