...

"Bank of Azerbaijan" kapitalını 10 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Azerbaijan" ASC-nin ümumi məbləği 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 500 min səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Respublika İnvest" MMC çıxış edir.

Bank ölkənin sığorta bazarında 1993-cü ilin dekabrından fəaliyyət göstərir.

Martın 18-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti