...

DB sentyabrda Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə II forumun keçirilməsini planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2011 14:57 (UTC +04:00)
Dünya Bankı və Azərbaycan hökuməti sentyabrda ölkənin uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır. Bu barədə bazar ertəsi DB-nin Azərbaycan üzrə meneceri Cozef Ouen deyib.
DB sentyabrda Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı üzrə II forumun keçirilməsini planlaşdırır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir N. İsmayılova/

Dünya Bankı və Azərbaycan hökuməti sentyabrda ölkənin uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumu keçirməyi planlaşdırır. Bu barədə bazar ertəsi DB-nin Azərbaycan üzrə meneceri Cozef Ouen deyib.

"İkinci forumun mövzusu Azərbaycan iqtisadiyyatının artımı və şaxələndirilməsi olacaq. Biz islahatlara ehtiyacı olan ali təhsil və əmək bazarı sahələri üzrə bir sıra məsələləri müzakirə etmək niyyətindədiyik", - Ouen qeyd edib.

Forumun işində dünya şöhrətli ekspertlər və DB-nin ali rəhbərliyi iştirak edəcək.

Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına dair 2009-cu il oktyabrın 21-də keçirilən birinci forumun yekunları üzrə gələcək inkişaf məqsədilə ölkə iqtisadiyyatının şaxələndirilməsini, eləcə də irəliləyiş və nəticələrin qiymətləndirilməsi üçün yeni forumun keçirilməsini nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə olunub. Forum Azərbaycan hökuməti və DB tərəfindən Bakıda təşkil olunmuşdu və bankın sərəncamçı direktoru Nqozi Okonco-İvealanın iştirakı ilə keçirilmişdi.

Martda Vaşinqtonda DB-nin ABŞ-dakı ofisində Azərbaycan günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov DB prezidenti Robert Zelliklə görüşdə bildirib ki, belə tədbir əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Azərbaycan DB-nin ikinci iqtisadi forumunun işində iştirakda maraqlıdır. Bununla əlaqədar Vaşinqtonda müvafiq müzakirələr aparılıb.

Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti