...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Komitə 2011-ci il üçün fəaliyyət planını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 16:48 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Komitənin "Qida məhsullarının standartlaşdırılması" mövzusuna həsr edilən iclası keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Komitə 2011-ci il üçün fəaliyyət planını təsdiq edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir A.Bədəlova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Komitənin "Qida məhsullarının standartlaşdırılması" mövzusuna həsr edilən iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İclasda dövlət qurumları ilə yanaşı, qida sənayesində aparıcı mövqe tutan müəssisələrin nümayəndələri də iştirak edib.

İclasda 2011-ci il üçün fəaliyyət planı müzakirə edilib, Texniki Komitəyə təqdim edilmiş bir neçə dövlət standartı layihəsinə baxılıb, həmçinin süd məhsulları ilə bağlı bəzi dövlət standartlarına dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrin nəticəsi olaraq, iclasın sonunda Texniki Komitənin 2011-ci il üçün fəaliyyət planı qəbul edilib.

Bundan başqa "Siroplar. Ümumi texniki şərtlər", "İnək südü - xammal. Texniki şərtlər" standart layihələrinin düzəlişlər edilərək razılaşdırılması üçün Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

Həmçinin "Süd məhsulları və südlü məhsullar. Termin və təriflər" və "Yağ və pendir istehsalı məhsulları və süd emalı məhsulları. Termin və təriflər" standart layihələrinin düzəlişlər edilməklə dövlət qeydiyyatına alınması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilməsi qərara alınıb.

Texniki Komitə AZS 089-2003 "Kəsmik. Ümumi texniki şərtlər", AZS 091-2003 "Ayran. Ümumi texniki şərtlər", AZS 092-2003 "Qatıq. Ümumi texniki şərtlər" və AZS 220-2006 "Dovğa. Ümumi texniki şərtlər" standartlarına təklif olunan dəyişiklikləri də təsdiq edərək dövlət qeydiyyatına alınması üçün Komitəyə təqdim edilməsi ilə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti