...

Kür çayı üzərindəki körpüdə hərəkət bərpa olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2011 11:10 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən, Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa edib.
Kür çayı üzərindəki körpüdə hərəkət bərpa olunub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən, Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa edib. Bu barədə şənbə günü Trend-ə "Azəryolservis" SC-dəki mənbə deyib.

İritonnajı avtonəqliyyat vasitələri tərəfindən yükdaşıma qaydalarının pozulması nəticəsində körpüdə sınmalar baş vermişdi.

Mənbənin sözlərinə görə, körpüdə təmir işləri aparılıb, bundan sonra isə onun üzərindən hərəkət bərpa edilib.

"Vəziyyət normallaşıb və körpüdə hərəkət bərpa olunub", - mənbə deyib.

Xəbər lenti

Xəbər lenti