Martın 28 -də "Moody International" Parabank-da növbəti nəzarət auditini keçirdi.
Auditin məqsədi iş gedişatının inteqrasiya menecment sisteminın keyfiyyətinin dəstəklənməsi və daimi təkmilləşdirilməsi, bundan əlavə, ISO 9001:2008 tələblərinə uyğun yoxlanılması olmuşdur.
Tələblərə uyğun olaraq sertifikatlaşdırılmış təşkilat ən azı ildə bir dəfə nəzarət auditini keçirməlidir.Yoxlama zamanı tələblərə uyğun olaraq həyata keçirilən sisteminin bütün elementləri audit qrupu tərəfdən yoxlanılmışdır.
Nəticə onu göstərdi ki, daxili nəzarət və idarəetmə sistemi tələb olunan standartlara uyğundur.
Nəzarət auditi zamanı aşkarlanan uyğunsuzluqlar və tövsiyələr şirkətin müzakirəsinə çıxarılmışdır, nəticədə müvafiq təshih işləri müəyyən edilmişdir və bu uyğunsuzluqların aradan qaldırılması və tövsiyələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü işlər aparılmışdır.
Qeyd etmək istərdik ki, ötən ilin fevral ayında Parabank ASC Moody International tərəfindən verilən ISO 9001:2008 sertifikartı uzadıldı.2011-ci il Martın 28-də təkrar nəzarət audit nəticəsində şirkətin idarəedilməsi və daxili nəzarətin sisteminin genişləndirilməsinin sertifikatlaşdırılmasını daha 1 il uzadılması tövsiyə edilmişdir.
Bu hadisəni şərh edən Parabankın Biznesin İnkişafı və Marketiq departamentiin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Zaur Cəfərov qeyd edib: "Bankda Keyfiyyət Menecmenti Sisteminin tətbiqi yalnız böyük təşkilati iş kimi deyil, həmdə ümumi korporativ mədəniyyətin inkişafı kimi başa düşülməlidir. Parabank özünün 19 illik təcrübəsinə, indi isə bu beynəlxalq standartların tələblərinə əsaslanaraq öz diqqətini yüksək keyfiyyətli müştəri xidmətinə yönəltmişdir".