...

Azərbaycanda 114 kq keyfiyyətsiz qənnadı məmulatları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2011 20:36 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərindəki Tahir Əhmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edildiyi, habelə, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir
Azərbaycanda 114 kq keyfiyyətsiz qənnadı məmulatları aşkar olunub

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərindəki Tahir Əhmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı bir sıra qənnadı məmulatlarının (kişmişli pryanik, marmelad, karamel və s.) 12 aprel 2011-ci il tarixinədək müvafiq reseptura olmadan istehsal edildiyi, habelə, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Qanun pozuntuları ilə əlaqədar, müvafiq reseptura olmadan istehsal edilmiş 114 kq qənnadı məmulatlarının məhv edilməsi, eləcə də müəssisə tərəfindən 12 aprel 2011-ci il tarixinədək istehsal edilərək ticarət şəbəkəsinə paylanmış qənnadı məmulatlarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Tahir Əhmədova icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti