Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Axundov/
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məqsədi ölkə iqtisadiyyatının ümumi inkişafına nail olmaq üçün sahibkarlarla əməkdaşlığı artırmaqdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Sumqayıt şəhərindəki Baş Gömrük İdarəsində sahibkarlarla görüşdən sonra DGK rəhbəri Aydın Əliyev deyib.
"Görüşdə sahibkarların qarşılaşdıqları müəyyən problemlər səsləndirilib. Bu problemlərin yaranmasının səbəblərini aydınlaşdıracaq və lazımi tədbirlər görəcəyik", - Əliyev bildirib.
Onun sözlərinə görə, müxtəlif xarakterli problemlər yoxlama və malların qeydiyyatı zamanı yaranır.
"Əgər zərurət yaranarsa, bunun əsasında qanunvericiliyə dəyişikliklər edilməsi üzrə təklif hazırlanacaq", - Əliyev bildirib.
Sumqayıt şəhər Baş Gömrük İdarəsinin rəhbəri Ehtiram Xəlilovun dediyi kimi, idarə 2011-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 31,4 milyon manat vəsit köçürüb ki, bu da ötən ilin göstəricisini 1,2 faiz üstələyir.
Bu göstərici proqnozdan 404,8 min manat çoxdur.
Cümə günü Sumqayıtın Baş Gömrük İdarəsində "elekton növbələr" və plastik kartlar əsasında ödəniş sistemlərinin təqdimatı keçirilib.