...

Vergi orqanlarına işə qəbul imtahanları keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 15:03 (UTC +04:00)
May ayının 22-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq eilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanına və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları keçirilmişdir.
Vergi orqanlarına işə qəbul imtahanları keçirilib

May ayının 22-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq eilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli Fərmanına və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən vergi xidməti orqanlarına işə qəbulla bağlı test imtahanları keçirilmişdir.

Müsabiqə komissiyasının verdiyi məlumata əsasən, imtahanda iştirak etmək üçün 1783 nəfər elektron ərizə ilə müraciət etmiş, onlardan 1618-nin sənədləri qəbul olunmuş, 1274 nəfər imtahanda iştirak etmişdir. Test imtahanı Bakı Dövlət Universitetinin auditoriyalarında təşkil edilmişdir. İmtahanın nəticələri haqqında məlumat elə həmin gün www.tqdk.gov.az saytında yerləşdirilmişdir. Test imtahanında 82 namizəd 100 ballıq sistem üzrə 80 baldan yuxarı nəticə göstərmiş, ən yüksək nəticə 94 bal olmuşdur.

Xatırladırıq ki, işəqəbul prosesinin növbəti mərhələsi test imtahanında uğur qazanmış namizədlərin müsabiqə komissiyası tərəfindən müsahibədən keçirilməsidir. Test imtahanında 70-dən çox bal toplamış 290 nəfər iyun ayında müsabiqənin növbəti mərhələsində - Vergilər Nazirliyinin aparatında keçiriləcək müsahibədə öz qüvvələrini sınamaq imkanı qazanmışlar. Bu mərhələdən də uğurla keçən namizədlər vergi orqanlarında işlə təmin olunmaq şansı əldə edəcəklər.

Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcəkdir.

Xəbər lenti

Xəbər lenti