...

Azərbaycanda daha bir keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçısı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2011 15:22 (UTC +04:00)
Azərbaycanda daha bir keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçısı aşkar edilib
Azərbaycanda daha bir keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçısı aşkar edilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Mahal Yusifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı albalı, şaftalı və qara qarağat meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, məhsulların etiketlərində normativ sənədlərdə müəyyən olunmuş normadan artıq saxlanma temperaturu və heç bir normativ sənədə əsaslanmayan enerji dəyərinin göstərildiyi müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Qanun pozuntuları ilə əlaqədar Yusifova meyvə nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də müvafiq reseptura olmadan istehsal edilmiş 1024,5 litr meyvə nektarlarının məhv edilməsi barədə icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti