...

Bakı Ağ Şəhər layihəsi paytaxtımızın mərkəzinə yeni həyat bəxş edəcəkdir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 11:19 (UTC +04:00)
Bakı Ağ Şəhər layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir.
Bakı Ağ Şəhər layihəsi paytaxtımızın mərkəzinə yeni həyat bəxş edəcəkdir (FOTO)

Xəzər Neft və Qaz 2011 sərgisində nümayiş olunan layinənin stendini Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ziyarət etmişdirlər.

Bakı Ağ Şəhər layihəsi paytaxtın görkəmini beynəlxalq standartlar səviyyəsində dəyişməsində keyfiyyətcə yeni mərhələnin başlanması deməkdir. Bu, Bakının "Qara Şəhər" adlanan hissəsinə yeni həyat bəxş edəcək bir layihədir. Layihənin stendini ziyarət edərkən, Prezident bunları söyləmişdir: "Bakı Ağ Şəhər" layihəsi ən vacib layihələrdən biridir".

Bakı Ağ Şəhər layihəsinə investorların marağı artmaqdadır.Hazırda iyirmi hektarlıq "Yaşıl Ada" adlanan ərazidə təmizlik işləri artıq yekunlaşdırılır və bu sahədə infrastrukturun yaranması prosesinə başlanmışdır.

Layihənin işlənilməsi və həyata keçirilməsi zamanı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, eləcə də , "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks Tədbirlər Planı" əsas götürülmüşdür.

Azərbaycanın geniş ictimaiyyətinə ilk dəfə təqdim olunan Bakı Ağ Şəhər layihəsi sərginin ziyarətçi və iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sahəsi 180 kv.m olan və 1:500 ölçülü modeldən ibarət olan Bakı Ağ Şəhər layihəsinin pavilyonunu dörd gün ərzində 8000 nəfər ziyarət etmişdir ki, bütün ziyarətçilərə Bakı Ağ Şəhərin üstünlükləri, həmçinin, layihənin investisiya imkanları barədə ətraflı məlumat verilmişdir.Ziyarətçilərə, həmçinin, layihəni əyanı təsvir edən buklet və disklər təqdim olunmuşdur.

Bakı Ağ Şəhər layihəsinə, həmçinin , 30 yerli və xarici KİV tərəfindən maraq göstərilmışdir.

Sənaye və Energetika Nazirliyi və Dövlət Neft Şirkətinin rəsmi dəstəyi ilə 7-10 iyun tarixlərində Bakı Sərgi Mərkəzində keçirilən tədbirdə 18 ölkədən olan 300 yaxın eksponent-şirkət iştirak etmişdir.Ümumilikdə isə sərgi 56 ölkədən olan 10000 artıq ziyarətçinin diqqətini cəlb etmişdir.

Bakı Ağ Şəhər layihəsi barədə geniş məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti