...

İl ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 12 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sahələrin inkişafına 3415,7 milyon manat sərmayə qoyulub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 12,1 faiz çoxdur. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Təmir-tikinti işlərinə qoyulan investisiyaların həcmi 1996,1 milyon manat təşkil edib ki, bu da tikinti sahəsinə qoyulan investisiyaların ümumi həcminin 58,4 faizini təşkil edib. İstehsalat yönümlü tikinti obyektlərinə 1642,8 milyon manat, qeyri-istehsal sahəsindəki obyektlərə isə 1772,9 milyon manat yönəldilib.

Müvafiq olaraq investisiyaların ümumi həcmindən 75,9 faizi daxili investisiyaların payına düşür. Daxili investisiyaların böyük hissəsi (36,9 faiz) dövlət müəssisələrinə və təşkilatlara, yalnız 36,9 faizi özəl müəssisələrə qoyulub.

Tikintisi büdcə vəsaitləri hesabına həyata keçirilən obyektlərin tikintisinə bu il üçün nəzərdə tutulan 3475,5 milyon manatdan 964,4 milyon manat investisiya qoyulub.

Müəssisə və təşkilatların əsas kapitala qoyduqları vəsaitlər hesabına 1947,5 milyon manat (investisiyaların ümumi həcminin 57 faizi), bank kreditləri - 239,8 milyon manat (7 faiz), büdcə vəsaitləri - 1023,6 milyon manat (30 faiz), büdəcədənkənar vəsaitlərə - 100,7 milyon manat (2,9 faiz), əhalinin şəxsli vəsaitləri - 101,9 milyon manat, (3 faiz), digər sahələrə 2,2 milyon manat (0,1 faiz) yönəldilib.

Əsas kapitala qoyulan vəsaitlərin 69,5 faizi (2372,4 milyon manat) ölkədə qeyri-neft sektorunun inkişafına, o cümlədən 12,8 faizi (436,4 milyon manat) qeyri-neft sənayesinə, 30,5 faizi (1043,3 milyon manat) neft sektorunun inkişafına yönəldilib.

İnvestisiyaların 43,3 faizi sənaye sahəsinin, 3,6 faizi kənd təsərrüfatı və balıqçılığın, 6 faizi ticarət, 18,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,5 faizi rabitə, 1,2 faizi tikinti, 1,4 faizi səhiyyə, 1,7 faizi təhsil, 10,3 faizi daşınmaz əmlak üzrə əməliyyatların (onların 10,1 faizi mənzil təsərrüfatının payına düşür), 4,4 faizi istirahət, əyləncə və incəsənətin, 4,4 faizi dövlət idarəçiliyi, 0,1 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,4 faiz isə digər sahələrin payına düşür.

İyunun 16-na olan rəsmi məzənnə 0,7879 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti