Azərbaycan, Bakı, 25 iyun/ Trend/
Iranın Araz azad iqtisadi zonasının direktoru həbs olunub. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verib.
Şərqi Azərbaycan əyalətinin Baş prokronu Malik Əjdər bildirib ki, Iranın Araz azad iqtisadi zonasının direktoru Əlirza Moqimi korrupsiyada ittiham olunur.
Moqimi prezident Mahmud Əhəmdinejad və sabiq Prezident Aparatının rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın rəsmidir.
Ötən həftə ərzində Əhmədinejada yaxın 3 nəfər yüksək vəzifəli məmur həbs olunub.Onlar
xarici işlər nazirinin müavini Məhəmməd Şərif Məlikzadə və Ərvəd azad iqtisadi zonanın direktoru Əli Əsgər Pərhizkardır. Tutulanların hamsı korrupsiyada ittiham olunurlar.