...

Azərbaycan İpoteka Fondu istiqrazların iyulda ilk yerləşdirilməsi haqqında elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2011 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul / Trend /
İyulun 5-də Mərkəzi Bank (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 3 milyon manat həcmində faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının şənbə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar hərraca 101,4083 dəyərlə çıxarılacaq.
İstiqrazların ödənmə tarixi 11 dekabr 2017-ci ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
Yerləşdirmə hər birinin nominal dəyəri 1000 manat olan 60 milyon manat həcmində qeydiyyata alınan faizli, sənədsiz, təmin olunmuş, adlı istiqrazların üçüncü emissiyasından aparılır. İstiqrazların gəlirliliyi üç faiz təşkil edir. Bu emissiyanın yerləşdirilməsinə yanvarın 17-dən başlanıb və bu günədək 41 milyon manatlıq istiqraz satılıb.
İyulun 2-nə olan rəsmi məzənnə 0, 7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti