...

Bank Standard plastik kartlar üzrə yeni kampaniyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2011 13:53 (UTC +04:00)
İyulun 15-dən Azərbaycan bankı "Bank Standard" plastik kartlar üzrə yeni kampaniyaya start verir.
Bank Standard plastik kartlar üzrə yeni kampaniyaya start verir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 15-dən Azərbaycan bankı "Bank Standard" plastik kartlar üzrə yeni kampaniyaya start verir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Kampaniya "Kartla ödə, "Black Berry" qazan!" adını daşıyır və "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Lotereya kimi nəzərdə tutulan həmin kampaniyanın uduş fondunu 10 ədəd "Black Berry Torch 9800" mobil telefonu təşkil edir.

15 iyul - 15 oktyabr tarixləri arasında keçiriləcək kampaniyada iştirak etmək istəyən müştərilər "Bank Standard" kartları ilə POS-terminal, bankomat (ATM), habelə "Mobile Banking" xidməti vasitəsilə və ya internetdə ödənış apararaq lotereya şansları qazanırlar. Belə ki, ödənilmiş məbləğin hər 50 şərti vahidi (AZN, USD, GBP, EUR) müqabilində kart sahibi bir lotereya şansı əldə edir. Lotereyanın tirajı oktyabrın 28-də Azərbaycan prospekti, 4 ünvanında yerləşən "Bank Standard"ın baş ofisində keçiriləcək.

Kampaniya haqqında daha ətraflı məlumatı www.bankstandard.com saytında və ya bankın Məlumat mərkəzinin 158 nömrəsinə zəng etməklə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti