...

Kənd təsərrüfatı məhsullarının sığortası Azərbaycanda kredit faizlərini aşağı sala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 13:40 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC-nin idarə heyətinin sədri Orxan Həsənov Azərbaycanda aqrar sığortaçılığın inkişafının banklara da faydalı olacağı qənaətindədir.
Kənd təsərrüfatı məhsullarının sığortası Azərbaycanda kredit faizlərini aşağı sala bilər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Başak-İnam Sığorta Şirkəti" ASC-nin idarə heyətinin sədri Orxan Həsənov Azərbaycanda aqrar sığortaçılığın inkişafının banklara da faydalı olacağı qənaətindədir.

"Çünki aqrar sığortaçılıq kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının fermerlərə verdikləri kreditlərin zamanında qaytarılmama ehtimalını azaldacaq. Bu isə kredit təşkilatlarının kreditlər üçün tələb etdiyi faiz dərəcələrini aşağı sala bilər. Dolayısı ilə kredit faizlərinin aşağı düşməsi aqrar istehsalçılar üçün sığortaya ayıra biləcəkləri əlavə vəsait yaradacaq", - o deyib.

Həsənov bildirib ki, hazırda ölkədə problemli kreditlərin bankların ümumi kredit portfeli içindəki həcmi 6,5 faizdir. "Bu vəziyyət kredit faizlərini 7-8 faiz bahalaşdırır. Yəni sığorta kredit faizlərini bu həddə qədər ucuzlaşdırma potensialına sahibdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti