...

Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içki istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 16:19 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz sərinləşdirici içki istehsalçısına 1,8 min manat maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içki istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz sərinləşdirici içki istehsalçısına 1,8 min manat maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirci içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların, eləcə də "Düşes" sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu təsərrüfat subyekti barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə sahibkar İzayət İsmayılova maliyyə sanksiyası tətbiq edilib.

İyulun 19-na olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti