...

Azərbaycan MONEYVAL-ın üzv ölkələrinin qiymətləndirilməsində iştirak etmək hüququ qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2011 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.Xəlilova/

MONEYVAL-ın üzv-dövlətlərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində milli sistemlərinin IV raund qiymətləndirilməsində mütəxəssiləri hazırlamaq məqsədilə stuktur treninq-seminar təşkil edib.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin məlumatında deyildiyinə görə, seminarda 21 müxtəlif dövlətdən, o cümlədən Azərbaycandan ümumilikdə 32 nümayəndə iştirak edib. Treninqlər iyulun 25-29-da Strasburqda (Fransa) keçirilib.

Tədbirin ilk üç günü ərzində iştirakçılar FATF-ın tövsiyələri əsasında qiymətləndirmələrin təşkili üzrə müvafiq metodoloji təlimatlar, habelə xüsusi qiymətləndirmə üsul və metodları barədə məlumatlandırılıb, aidiyyəti tapşırıqları icra ediblər. Treninqin son iki günü ərzində iştirakçılar ayrı-ayrı qruplara bölünərək, model qiymətləndirmə həyata keçirib, nəticələr ümumi şəkildə müzakirə olunub, iştirakçıların fəaliyyəti təlimatçılar tərəfindən fərdi qaydada dəyərləndirilib.

Azərbaycan adından terninqdə iştirak edən Maliyyə Monitorinqi Xidmətinin 2 əməkdaşı Avropa Şurasının MONEYVAL Komitəsinin "Qiymətləndirici" sertifikatı ilə təltif olunublar.

Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edildikdən sonra 2002-ci ildən etibarən MONEYVAL-da təmsil olunmağa başlayıb.

MONEYVAL struktura daxil olan üzvlərin milli sistemlərinin qiymətləndirilməsini dördüncü raundunu 2010-cu ildən aparır. Sloveniya və Macarıstan artıq bu prosedurları başa açtdırıblar. Azərbaycanın qiymətləndirməsi MONEYVAL-ın 2013-cü il üçün iş planına daxil edilib. Bu qiymətləndirmə sistemin effektivliyini və çirkli pulların yuyulması və terrorzimin maliyyələşdirilməsi sahəsində qanunvericiliyin praktiki tətbiqini əhatə edir.

Azərbaycanın çirkli pulların yuyulması və terrorzimin maliyyələşdirilməsi sahəsində mübarizədə hüquqi və institutsional aspektlər kimi ilk dəfə çıxış etdiyi Latviyanın qiymətləndirilməsi 2011-ci ilin mayında olub.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 23 fevral 2009-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun yaradılıb. Monitorinq Xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı üzrə xidmət göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.

Xəbər lenti

Xəbər lenti