...

Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 20:55 (UTC +04:00)
Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək.
Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir V.Javoronkova/

Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının növbəti iclası noyabrda keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vazirov bildirib.

Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti komissiyanın həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə Tacikistana yola düşəcək.

"Tacikistanla Azərbaycan arasındakı əlaqələr yaxşıdır və dinamik inkişaf edir, bunu yüksəkvəzifəli şəxslərin Azərbaycana və ya Azərbaycan rəsmilərinin Tacikistana səfərləri də sübut edir. Sentyabrın 2-3-də Baş nazir Artur Rasizadə Düşənbəyə səfər edib", - səfir deyib.

Vazirovun sözlərinə görə, qarşıdakı iclasda ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələlərinin müzakirə edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti