...

Azərbaycan Rusiya Federasiyasının daha bir vilayəti ilə hökumətlərarası saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2011 15:04 (UTC +04:00)
Cümə axşamı Bakıda Azərbaycan və Rusiyanın Həştərxan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb.
Azərbaycan Rusiya Federasiyasının daha bir vilayəti ilə hökumətlərarası saziş imzalayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı Bakıda Azərbaycan və Rusiyanın Həştərxan vilayəti hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair hökumətlərarası saziş imzalanıb. Bu barədə Trend-ə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

O, bildirib ki, sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya tərəfindən isə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin imzalayıb.

Yeddi il əvvəl imzalanmış bənzər saziş 2010-cu ildə qüvvəsini itirib.

İl ərzində Rusiya ilə Azərbaycan arasında ticarət mübadiləsi 71,5 faiz artaraq birinci yarımildə 1,455 milyard dollar olub. Rusiyadan ixrac 58,9 faiz artaraq 776,1 milyon dollar, Azərbaycandan ixrac isə 88,5 faiz artaraq 679,2 milyon dollar təşkil edib.

Rusiya və Azərbaycanın ticarət və iqtisadi əlaqələrində və artan ticarət inkişafında mühüm rolu regionlararası əməkdaşlıq oynayır. Hazırda 15 Rusiya regionu ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb ki, bu, Rusiya Federasiyasının 71 subyektini Azərbaycanla xarici ticarətə cəlb edib.

Şedrin bildirib ki, payızda Həştərxan vilayətinin nümayəndə heyətilə yanaşı, Tambov regionu, Qaraçay-Çərkəz və Dağıstan respublikaları nümayəndə heyətlərinin də ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalamaq məqsədilə Azərbaycana səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti