...

KPMG Azərbaycan ofisini yenidən açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 18:07 (UTC +04:00)
KPMG şirkəti Azərbaycan üzrə fəaliyyətinə başladığını və Vüqar Fərman o ğlu Əliyevin "KPMG Azərbaycan" şirk ətinin idarəedici partnyoru vəzifəsinə təyin edilməsini elan edir.
KPMG Azərbaycan ofisini yenidən açır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

KPMG şirkəti Azərbaycan üzrə fəaliyyətinə başladığını və Vüqar Fərman oğlu Əliyevin "KPMG Azərbaycan" şirk ətinin idarəedici partnyoru vəzifəsinə təyin edilməsini elan edir.

"Vüqar Əliyev Azərbaycan, Rusiya, Türkiyə, Rumıniya, Qazaxıstan və başqa ölkələrdə maliyyə xidmətləri, telekomunikasiya, istehlak, hotel və enerji sahələrində fəaliyyət göstərən şirkətlərə peşəkar audit və məsləhət xidmətləri göstərilməsi sahəsində 15 ildən çox təcrübəyə malikdir", - şirkətdən Trend-ə verilən məlumatda deyilir.

"KPMG Azərbaycanda öz fəaliyyətini bərpa etməkdən çox məmnundur. Biz Azərbaycanda uğurla davam edən inkişafa, kapital bazarlarının davamlı inkişafına öz töhfəmizi verməyi və işgüzar biznes mühitinin ayrılmaz hissəsi olmağı planlaşdırırıq. Biz xüsusilə Vüqar Əliyevin bizim şirkətə qoşulmağından böyük məmnunluq hissi keçiririk. Onun təcrübəsi, yerli bazar haqqında bilikləri və müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərmək bacarığı və niyyəti onu bu rola ideal namizəd edir", - KPMG şirkətinin MDB məkanı üzrə baş partnyoru Endryu Krenston qeyd edib.

"KPMG Azerbaijan" öz yerli və beynəlxalq müştərilərinə audit, vergi və məsləhət xidmətləri göstərəcək.

Xəbər lenti

Xəbər lenti