...

Aİ "Şərq tərəfdaşlığı"nın kiçik və orta müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasına kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 14:07 (UTC +04:00)
Aİ-nin maliyyələşdirdiyi "İst-İnvest" layihəsi "Şərq tərəfdaşlığı"nın altı ölkəsindəki kiçik və orta müəssisələrə xarici bazarın təcrübəsini Aİ-nin beynəlmiləlləşdirmə sahəsindəki uğurlarını öyrənmək imkanı təklif edir.
Aİ "Şərq tərəfdaşlığı"nın kiçik və orta müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasına kömək edir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Aİ-nin maliyyələşdirdiyi "İst-İnvest" layihəsi "Şərq tərəfdaşlığı"nın altı ölkəsindəki kiçik və orta müəssisələrə xarici bazarın təcrübəsini Aİ-nin beynəlmiləlləşdirmə sahəsindəki uğurlarını öyrənmək imkanı təklif edir. Trend-in məlumatına görə, bu barədə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti İnformasiya Mərkəzi xəbər verir.

Layihə çərçivəsində sentyabrdan noyabra kimi həmin müəssisələrin əməkdaşları üçün tədris seminarları keçiriləcək. Onlar gələn ildən Avropanın ticarət markalarından istifadə və fərdi məsləhətləşmə imkanı əldə edəcəklər. İTAR-TASS-ın məlumatına görə, bu onlara beynəlxalq bazarlara çıxmaqda kömək edəcək.

Şərq tərəfdaşlığının altı ölkəsinin hər birində - Azərbaycanda, Ermənistanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada ibtidai və irəlilədilmiş səviyyədə dörd seminar təşkil olunacaq. Seminarlardan ikisində Aİ qanunvericiliyinə, digərlərində isə beynəlmiləlləşdirməyə xüsusi yer ayrılacaq. İbtidai səviyyə Aİ-nin nizamlama və beynəlmiləlləşdirmə sahəsindəki standartları haqqında məhdud biliyə malik olan kiçik və orta müəssisələr, irəlilədilmiş səviyyə isə Avropa şirkətləri ilə əlaqələr şəbəkəsinin genişləndirilməsi üzrəində çalışan və yaxşı məlumatlandırılanlar üçün nəzərdə tutulub.

7 milyonluq büdcəyə malik "İst-İnvest" layihəsi "Şərq tərəfdaşlığı" ölkələrinin iqtisadi inkişafına yardım edir və kiçik və orta müəssislərə xüsusi diqqtə verməklə işgüzar mühitinin yaxşılaşması və əlaqələrin nizama salınmasına əhəmiyyətli töhfə verərək regional ticarətə kömək edir.

Xəbər lenti

Xəbər lenti