Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) azalıb. Ötən həftə orta məzənnə 0,7867 manat səviyyəsində müəyyən olunub.