...

Azərbaycanda 620 kq saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 20:45 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı 620 kq yararsız mallar aşkar edilib.
Azərbaycanda 620 kq saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı 620 kq yararsız mallar aşkar edilib.

Trend-in cümə axşamı Dövlət Xidmətinə istinadən yaydığı məlumata görə, Bakının Nəsimi, Binəqədi, Yasamal, Xətai, Nərimanov rayonlarında, Gəncə, Şəmkir, Şirvan, Ağstafa şəhərlərində, eləcə də Zərdab, Tərtər, Ağdam və Xaçmaz rayonlarında ümumi çəkisi 620 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti