...

Bakıda iş yerlərinin yaradılması üzrə Norveçin SYSLAB Layihə Mərkəzi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 14:36 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Norveçin iş yerlərinin yaradılması üzrə SYSLAB Layihə Mərkəzi açılıb. SYSLAB innovasiyalar və məşğulluğun sistemli laboratoriyası "SYSLAB International" şirkətinin məhsuludur.
Bakıda iş yerlərinin yaradılması üzrə Norveçin SYSLAB Layihə Mərkəzi açılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Axundov/

Çərşənbə axşamı Bakıda Norveçin iş yerlərinin yaradılması üzrə SYSLAB Layihə Mərkəzi açılıb. SYSLAB innovasiyalar və məşğulluğun sistemli laboratoriyası "SYSLAB International" şirkətinin məhsuludur.

Mərkəz respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və SYSLAB-in həyata keçirdiyi Azərbaycanda innovasiyalar və məşğulluğun inkişafı üçtərəfli layihəsi çərçivəsində açılıb.

"SYSLAB Inernational" şirkətinin yaradıcısı və baş direktoru Yan Yohanennessenin sözlərinə görə, mərkəz ildə 120 işsiz üçün treninqlərin keçirilməsinə imkan verəcək.

İştirakçıların 80 faizi 4-6 aylıq kurslar nəticəsində özünə iş tapır.

Hər bir kursda 40-a yaxın şəxs iştirak edir.

Xəbər lenti

Xəbər lenti