...

"Eurovision 2012"-nin keçirildiyi dövrdə hər yerdə internetə çıxış təmin ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2011 10:38 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək.
"Eurovision 2012"-nin keçirildiyi dövrdə hər yerdə internetə çıxış təmin ediləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi zamanı Wi-Fi texnologiyaları ilə hər yerdə internet şəbəkəsinə çıxış təmin ediləcək. Çıxış nöqtələri paytaxtdakı ictimai yerlərdə təşkil olunacaq", - nazir deyib.

Onun sözlərinə görə, xidmətlərin etibarlılığı və keyfiyyəti də təmin olunacaq.

"Eləcə də hazırda internet şəbəkəsinə çıxışın sürətinin artırılması üçün lazımi tədbirlər görülür. Belə ki, müsabiqənin keçirildiyi dövrdə yayım təkcə televiziya ilə deyil, həm də internet vasitəsilə aparılacaq", - Abbasov əlavə edib.

Xəbər lenti

Xəbər lenti