...

"Parabank" onlayn-filial yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2011 15:37 (UTC +04:00)
"Parabank"ın müştəriləri və Azərbaycanın bütün vətəndaşları bankın 139 məlumat mərkəzinə zəng edərək onlayn rejimdə plastik kart, əmanət və kreditin alınması üçün sifariş verə biləcəklər.
"Parabank" onlayn-filial yaradıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bazar ertəsindən etibarən Azərbaycan bankı "Parabank"ın müştəriləri və Azərbaycanın bütün vətəndaşları bankın 139 məlumat mərkəzinə zəng edərək onlayn rejimdə plastik kart, əmanət və kreditin alınması üçün sifariş verə biləcəklər. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Bu xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar iş yerlərini və evini tərk etmədən istənilən bank xidmətindən istifadə edə biləcək və ən azından banka gəlmələrinin sayı 1 dəfə az olacaq", - məlumatda bildirilir.

Xidmətin əsas məqsədi maraqlanan vətandaşlara canlı olaraq istənilən məlumat vermək və lazım olduqda telefon dəstəyini qoymadan müvafiq xidməti sifariş vermək imkanını yaratmaqdır.

"Məsələn, Siz "Parabank"dan kredit almaq istəyirsinizsə, 139 nömrəsinə zəng edirsiniz, bizim operatorlarımız Sizə ətraflı məlumat verir və kredit almaq üçün anketi doldurmaq təklif edilir. Siz tələb olunan məlumatları operatora təqdim edirsiniz və sifarişiniz seçdiyiniz filialımıza göndərilir. Qısa müddət ərzində filial əməkdaşı Sizinlə əlaqə saxlayıb niyyətinizi dəqiqləşdirir və görüş təyin edir. Təyin olunmuş günə qədər Siz tələb olunan sənədləri toplaya bilərsiniz", - məlumatda qeyd olunur.

Yaxın zamalarda bu xidmət yeni www.parabank.az
veb-saytında mövcud olacaq.

Xəbər lenti

Xəbər lenti