...

"Fitch Ratings" Azərbaycan İpoteka Fondunun reytinq proqnozunu yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir N.İsmayılova /

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) uzunmüddətli xarici və yerli valyutada reytinqini "BBB-" səviyyəsində saxlayaraq, reytinq üzrə proqnozu "Sabit"dən "Müsbət"ə dəyişdirib. Trend-in məlumatına görə, bu barədə agentliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Proqnozdakı dəyişiklik 2011-ci il mayın 17-də [Fitch Azərbaycanın reytinq proqnozunu "müsbət"ə dəyişdirib və reytinqi "BBB-" səviyyəsində təsdiqləyib] Azərbaycan Respublikasının suveren reytinqi üzrə proqnozun dəyişdirilməsi ilə bərabər AİF-ə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən göstərilən davamlı dəstəyi əks etdirir.

Fondun kredit reytinqinin birbaşa olaraq ölkə reytinqinə bərabərləşdirilməsi Fondun dövlət qurumu statusu, Mərkəzi Bank vasitəsilə yüksək dövlət nəzarətinin olması və dövlətin mənzil-yaşayış sahələrinin maliyyələşdirilməsi siyasətində Fondun əhəmiyyətli rolunun olması ilə izah edilir.

"Əhalinin əlverişli mənzillə təmin edilməsi dövlətin prioritet vəzifəsidir", - məlumatda deyilir.

İpoteka kreditləri portfelinin həcmi (ilkin maliyyələşdirmə əməliyyatları daxil olmaqla) 2010-cu ilin sonuna olan 193 mln. manatdan 2011-ci ilin iyun ayının sonuna 225,3 mln. manat səviyyəsinə qalxıb. Bu yüksək artım kapital bazarlarından cəlb edilən artan vəsaitlər və dövlət büdcəsindən artması nəzərdə tutulan ayırmalar hesabına baş verib. AİF 2009-cu ildən etibarən təmin edilmiş və adi borc istiqrazlarının yerləşdirməsinə başlayıb. 2011-ci ilin avqust ayının sonuna AİF-in maliyyə öhdəlikləri 177 mln. manat səviyyəsinə çatıb.

Oktyabrın 25-nə rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti