...

MDB ölkələrinin Vergi tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının yeni sədri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2011 11:35 (UTC +04:00)
Rusiyanın daxili işlər nazirinin müavini İqor Aleşin cümə axşamı Şuranın Bakıda keçirilən XIII iclasında MDB üzvü olan ölkələrin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib.
MDB ölkələrinin Vergi tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının yeni sədri seçilib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/

Rusiyanın daxili işlər nazirinin müavini İqor Aleşin cümə axşamı Şuranın Bakıda keçirilən XIII iclasında MDB üzvü olan ölkələrin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib.

Şuranın ikigünlük iclası ərzində MDB məkanında iqtisadi təhlükəsizliyin müdafiəsində strukturun rolu, MDB ölkələri vergi (tədqiqat) orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatların aparılması və əməliyyat-axtarış fəaliyyəti müzakirə olunacaq.

Görüşdə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən MDB ölkələrində rəhbər strukturların əlaqələndirici iclası və Nizamnaməsi haqqında qərarın layihəsinə baxılacaq.

MDB üzvü olan ölkələrin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurası 1999-cu ilin iyununda yaradılıb. Şuranın son iclası 2010-cu ildə Qazaxıstanda keçirilib.

Xəbər lenti

Xəbər lenti