...

Bakı-Böyük Kəsik istiqamətində daha 3 km yol əsaslı təmir olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 12:55 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində daha 3 km yol əsaslı təmir olunur
Bakı-Böyük Kəsik istiqamətində daha 3 km yol əsaslı təmir olunur

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi" çərçivəsində Çexiyanın "İxrac" bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanıb. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bu vəsaitə Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir olunur.

31 oktyabr - 1 noyabr 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 92-89-cu kilometrində daha 3 km yol əsaslı təmir olunacaq.

Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış dəmir yolu müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 14 km əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti