...

Qaz ödənişlərini DəmirBank-ın saytında həyata keçirmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

DəmirBank-ın internet saytında BillPay onlayn ödəniş xidməti vasitəsilə artıq "Azəriqaz" ödənişlərini də həyata keçirmək mümkündür.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu sistemlə bankın kart sahibləri https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet-provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilərlər.

Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilərlər.

DəmirBank, eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.

DəmirBank-ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn qaydada sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti