Azərbaycan, Bakı, 17 noyabr /Trend/
flydubai "Aviation Business Awards" mükafatı çərçivəsində 2011-ci ilin qənaətcil aviaşirkəti seçilib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Şirkət üç nominasiya üzrə mükafatlandırılıb: ilin ən yaxşı qənaətcil aviaşirkəti, texnologiyaların tətbiqi üzrə, eləcə də flydubai-ın baş direktoru Qeyt Əl Qeyt isə şəxsi nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.
Aviasiya sahəsinin nüfuzlu mütəxəssislərini bir araya gətirən ənənəvi Aviation Business Awards (ABA) mükafatında Yaxın Şərqin aerokosmik sənayesinin müvəfəqqiyətləri qeyd edilib və region liderlərinin adları açıqlanıb.
"flydubai aviaşirkəti göstərdiyi xidmətlərin yüksək qiymətləndirilməsindən çox məmnundur. Bu bizim üçün çox əlamətdar uğurdur. İki il öncə səyahətlərdə mürəkkəblik, gərginlik və bahalıqı azaltmaq niyyəti ilə fəaliyyətə başlamışıq. İlk gündən davamlı və inadlı fəaliyyət nəticəsində dünyanın ən sürətlə inkişaf edən aviaşirkəti olduq. Hazırda flydubai Dubai Beynəlxalq Hava Limanının sayca ikinci ən iri aviaşirkəti olaraq, 46 istiqamət üzrə (Fars körfəzi, Yaxın Şərq, Afrika, Mərkəzi və Şərqi Avropa daxil olmaqla) uçuşlar həyata keçirir. Münsiflər heyətinə hörmət və ehtiramlarına görə minnətdarlığımı bildirirəm", - şirkətin baş direktoru Qeyt Əl Qeyt deyib
flydubai 2009-cu ilin iyun ayının 1-dən qənaətcil aviaşirkət kimi fəaliyyətə başlayıb və bundan öncə BƏƏ-də olmayan xidmətləri təklif edir. flydubai yeganə şirkətdir ki, sərnişinlərə səyahət üçün bütün zərurətləri qiymətlərə daxil edir: oturacaq qiyməti, bütün vergilər və əl yükü. Qalanlar isə, misal üçün, baqaj sayının iriliyi, ayaqlar üçün əlavə yer, əyləncə və uçuş zamanı qidalanma əlavə xidmət kimi təqdim edilir.
Son iki il ərzində, flydubai dünya üzrə, bütün aviaşirkətlər arasında yola düşmə və gəlmə dəqiqliyinə görə 85%-lıq planın həyata keçirilməsi sahəsində ən yaxşı nəticələr əldə etmişdir.