...

Bakı metrosunda kartların yüklənməsi ilə bağlı problemlər texniki səbəblərlə izah olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2011 13:15 (UTC +04:00)
Metroda gediş kartlarının yüklənməsi ilə bağlı problemlər Bakı Metropoliteni tərəfindən texniki səbəblərlə izah olunur. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan hökumətindəki mənbə məlumat verib.
Bakı metrosunda kartların yüklənməsi ilə bağlı problemlər texniki səbəblərlə izah olunur

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir İ.Xəlilova/

Metroda gediş kartlarının yüklənməsi ilə bağlı problemlər Bakı Metropoliteni tərəfindən texniki səbəblərlə izah olunur. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan hökumətindəki mənbə məlumat verib.

Hökumətdən bildiriblər ki, hazırda problemin aradan qaldırılması üçün səbəblərin aydınlaşdırılması üzrə iş aparılır.

Dünən Azərbaycanın Tarif Şurası metroda gediş haqqının dekabrın 1-dən 20 qəpik olması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti