Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni 2012-ci ilin sonuna qədər Memar Əcəmi-Avtovağzal yeni xəttində istifadəsi planlaşdırılan yeni vaqonlar alacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
"Yeni vaqonların Mıtişinski vaqonqayırma zavodundan alınması planlaşdırılır. Bu, modernləşdirilmiş, həcmli və kondisionerlərlə təchiz edilmiş vaqonlar olacaq", - Əhmədov bildirib.
Onun sözlərinə görə, vaqonları digər xətlər üçün də istifadə etmək mümkün olacaq. Belə ki, yeni tikilən xətlərdə çəkilməsi planlaşdırılan dəmiryol indikinə uyğun gələcək.
Yeni stansiyalar -"Memar Əcəmi-2" və "Avtovağzal"ın 2013-cü ilin sonunə qədər istismara verilməsi planlaşdırılır.
2015-ci ilə qədər Həzi Aslanov-Köhnə Günəşli-Yeni Günəşli yeni birləşdirici xətti salınacaq.