...

Azərbaycanın bank olmayan kredit təşkilatı yenidən korporativ istiqrazlar bazarına daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2011 14:39 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnvest Kredit" bank olmayan kredit təşkilatının 300 min manat həcmində faizli adlı sənədsiz təmin olunmamaış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın bank olmayan kredit təşkilatı yenidən korporativ istiqrazlar bazarına daxil olur

Azərbaycan, Bakı, 24 dekabr / Trend müxbir N.İsmayılova /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnvest Kredit" bank olmayan kredit təşkilatının 300 min manat həcmində faizli adlı sənədsiz təmin olunmamaış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə komitənin şənbə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat, illik gəliri 12 faiz olan 300 istiqraz qeydiyyata alınıb. Kredit təşkilatının istiqrazlarının yerləşdirilməsinin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edir.

İstiqrazların yerləşdirilməsi açıq abunə yolu ilə keçiriləcək. "İnvest Kredit"in istiqrazlarının ilk buraxılışı 2009-cu ildə həyata keçirilib. Emissiyanın həcmi 300 min manat, qiymətli kağızların sayı hər birinin nominal dəyəri 1000 manat olmaqla 300 ədəd olub.

"İnvest Kredit" BOKT 2005-ci ildə IJMA KREDIT kimi yaradılıb. 2008-ci ildən "İnvest Kredit" kimi fəaliyyət göstərir. "İnvest Kredit" Qafqazda yeganə mikromaliyyə təşkilatıdır ki, Azərbaycanda yaşayan beynəlxalq qaçqınlara kreditlər verir. Həmin layihəyə 2007-ci ildə başlanılıb, 2010-cu ilin yekunları üzrə BOKT Bakıda yaşayan 50-dən artıq beynəlxalq qaçqına xidmət göstərib.

Dekabrın 24-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti