Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir N.İsmayılova/
Ötən ilin dekabrında Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) daha 4 şirkətlə reyestrin və depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi üzrə əməkdaşlığa başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi MDM-in məlumatında deyilir.
Bu şirkətlər "Kurort" QSC, "Royal Sığorta" ASC, "Bank Silk Way" ASC və "Bakcell LTD" MMC-dir.
MDM 1997-ci il sentyabrın 18-də yaradılıb. Mərkəzin təsisçisi və bütün səhm zərfinin mülkiyyətçisi kimi Dövlət Əmlak Dövlət Komitəsi çıxış edirdi.
QKDK-nın yaradılmasından sonra MDM onun ixtiyarına verilib. Bununla əlaqədar olaraq MDM QKDK tərəfindən 1999-cu ilin 8 sentyabrında yenidən təsis olunub və 1999-cu il sentyabrın 17-də dövlət qeydiyyatından keçib.