...

İstanbul-Bakı marşrutu üzrə təyyarə paytaxta gec gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 17:39 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı marşrutu üzrə həyata keçirdiyi aviareys Azərbaycan paytaxtına bir saat gecikmə ilə gələcək.
İstanbul-Bakı marşrutu üzrə təyyarə paytaxta gec gələcək

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı marşrutu üzrə həyata keçirdiyi aviareys Azərbaycan paytaxtına bir saat gecikmə ilə gələcək. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Aeroportdan deyiblər ki, təyyarə Bakıya yerli vaxtla saat 18:10-da çatacaq. Halbuki bu, cədvəldə saat 17:00-da nəzərdə tutulurdu.

"İstanbul-Bakı marşrutu üzrə təyyarə gecikmə ilə Bakı vaxtı ilə saat 18:10-da gələcək", - aeroportdan bildiriblər.

Lakin aeroportdan gecikmənin səbəblərini açıqlamayıblar.

Xəbər lenti

Xəbər lenti