...

Ernst & Young MHBS-da yeniliklər haqqında seminar keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2012 10:32 (UTC +04:00)
Ernst & Young Holdings (SiAyEs) Bi.Vi. 17/18 yanvar 2012-ci il tarixində Hilton Bakı mehmanxanasında müştərilər və potensial müştərilər üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə təlim sessiyasını təşkil edib.
Ernst & Young MHBS-da yeniliklər haqqında seminar keçirib

Azərbaycan, Bakı, 20 yanvar/Trend/

Ernst & Young Holdings (SiAyEs) Bi.Vi. 17/18 yanvar 2012-ci il tarixində Hilton Bakı mehmanxanasında müştərilər və potensial müştərilər üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə təlim sessiyasını təşkil edib.

Bu təlim Ernst & Young şirkətinin Moskva ofisində çalışan MHBS sahəsində mütəxəssisləri tərəfindən keçirilib. Təqdimat son vaxtlar buraxılmış və 2011-ci il üçün qüvvəyə minən MHBS-na düzəlişlərə həsr olunmuş və onların tətbiqi üzrə göstərişlərlə təmin edir. Bundan əlavə, təlim MHBS-na aid olan aktual mövzuları əhatə edir.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

İştirakçılar maliyyə alətləri, şirkətlərin birləşməsi və bu kimi bir sıra mövzulara maraq göstərmişlər. İştirakçılar təqdimat, təlim materialları üçün minnətdar olmuş və Ernst & Young şirkətinin bu cür faydalı tədbirin keçirilməsinə töhfəsini yüksək qiymətləndiriblər.

Mixail Qomelko, Azərbaycan İnvestisiya Şirkətinin mühasibat uçotu departamentinin müdiri demişdir: "MHBS-nın tətbiqinə aid olan ən çətin məsələləri əhatə etdiyinə görə Seminar çox məlumatlı və maraqlı olmuşdur".

Eyvaz Eyvazov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə hesabatlarının konsolidasiyası departamentinin müdiri əlavə etmişdir: "Bu gün, Azərbaycandakı şirkətlərin əksəriyyəti maliyyə ilini bağladığı və maliyyə hesabatlarını hazırladığı bir məqamda, Seminarda alınmış məlumat olduqca aktual olmuşdur. Mariya və Svetlana əla iş gördülər və sırf dəyişikliklər haqqında deyil, təcrübə nümunələri əsasında həmin dəyişikliklərin cari və növbəti illərdə hesabatlarımıza necə təsir göstərəcəyi haqqında da danışıblar. Mən EY şirkətinə MHBS kimi mürəkkəb sahədə yeniliklərlə tanış olmaq imkanının verilməsinə görə təşəkkürümü bildirmək istəyirəm".

İlqar Vəliyev öz təəssüratları ilə bölüşüb: "Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin ali nümayəndələri ilə toplaşıb müxtəlif MHBS mövzularının müzakirə edilməsi yaxşı tədbir oldu. Biz seminar iştirakçılarından çox müsbət rəylər topladıq və mən inanıram ki, biz bu təşəbbüsü gələcəkdə müsbət ənənəyə çevirməliyik".

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 152,000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə Minskdə yerləşən 18 ofisdə 4,000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young 17 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycandakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 120 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti