Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 09:54-də yayılıb)
Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir N.İsmayılova /
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 887 maliyyə institutunun, o cümlədən 7 Azərbaycan bankının fərdi reytinqlərini geri çağırıb. Trend-in məlumatına görə, bu barədə dünən agentliyin saytında dərc olunmuş məlumatda deyilir.
Fərdi reytinqi geri çağırılan Azərbaycan bankları aşağıdakılardır:
AGBank |
Individual Rating |
D/E |
AccessBank |
Individual Rating |
D |
Demirbank OJSC |
Individual Rating |
D/E |
International Bank of Azerbaijan |
Individual Rating |
E |
Kapital Bank |
Individual Rating |
D/E |
Technikabank |
Individual Rating |
D/E |
Unibank Commercial Bank |
Individual Rating |
D/E |
Bu qərar 2011-ci il iyulun 20-dən sonra tətbiq edilən davamlılıq reytinqindən sonra qəbul edilib. Bu reytinq "Fitch"in maliyyə institutlarının daxili rəqabətədavamlılığı üzrə ilkin qiymətləndirməsini nəzərdə tutur. Qiymətləndirmə metodologiyasının dəyişməsi nəticəsində iki reytinq cədvəli fərdi qiymətləndirmələrdən reytinq davamlılığına nizamlanmış keçidin sadələşdirilməsi üçün paralel saxlanılmışdı.