...

Azərbaycanda gömrük tarifi haqqında qanun hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 13:44 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi gömrük tarifi haqqında qanun layihəsi hazırlayıb və onu razılaşdırılması üçün müvafiq strukturlara göndərib.
Azərbaycanda gömrük tarifi haqqında qanun hazırlanıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend müxbir A. Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi gömrük tarifi haqqında qanun layihəsi hazırlayıb və onu razılaşdırılması üçün müvafiq strukturlara göndərib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanda gömrüyün 20 illik fəaliyyətinə həsr edilmiş iclasda çıxış edən komitə sədri Aydın Əliyev bildirib.

Hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilən qanun əsasında tənzimlənir. Gömrük tarifi Azərbaycanın gömrük sərhədi vasitəsilə keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun sistemləşdirilmiş gömrük vergisi qoyuluşlarını nəzərdə tutur.

"Bu gün gömrük qanunvericiliyi üzrə bir sıra normativ-hüquqi aktlar da razılaşdırılır" , - Əliyev qeyd edib.

Komitə sədri onu da bildirib ki, ötən ilin oktyabrında istismara verilən yeni inzibati bina, avtonəqliyyat vasitələrinin gömrük qeydiyyatına alınması üzrə mərkəzin fəaliyyəti öz səmərəsini verir.

"Həmin mərkəzdə "bir pəncərə" prinsipi vasitəsilə gömrük nəzarətinin həyata keçirilməsi və dövlət qeydiyyatı bu prosedurları xeyli asanlaşdırır" , - Əliyev qeyd edib.

İclasda çıxış edən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) potensialın gücləndirilməsi üzrə Avropa regional ofisinin direktoru Vitali Mikeladza əminliyini bildirib ki, Azərbaycan ÜTT-nin fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.

Tədbirdə iştirak edən Polşa Gömrük Təşkilatının keçmiş rəhbəri Vatslav Çijoviçin sözlərinə görə, Azərbaycanda dünyada gömrükçülərin hazırlanması və təkmilləşdirilməsi üzrə ən iri mərkəzlərdən biri yaradılır.

"Bu, regionda sayca üçüncü olan gömrük akademiyasının yaradılması sayəsində mümkün olub" , - Çijoviç vurğulayıb.

Xəbər lenti

Xəbər lenti