...

"Millennium Tourism"dən stratosfer və yüksək pilotajlıq unikal təklifi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 19:03 (UTC +04:00)
Qırıcı təyyarələrdə uçuşlar dəbdə olan və müasir VIP istirahətin və ya VIP turizmin yeni bir növüdür.
"Millennium Tourism"dən stratosfer və yüksək pilotajlıq unikal təklifi

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Qırıcı təyyarələrdə uçuşlar dəbdə olan və müasir VIP istirahətin və ya VIP turizmin yeni bir növüdür. Məhz bu növ bütün dünyada durmadan inkişaf edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın "Millennium Tourism & Congress DMC" turizm şirkətinin məlumatında deyilir.

Əgər əvvəl 22-23 km yüksəklikdən kosmonavtların gördüklərini hərbi təyyarələrin pilotlarına görmək nəsib olurdusa, artıq demək olar ki, kosmos yüksəkliyindən yerə baxmaq hər bir istəyən VIP turistə nəsib olacaq.

Özünü yoxlamaq, unudulmaz anlar keçirmək (videoçəkiliş də daxildir) - məhz bunlar bütün seçilmək istəyən qonaqların və ekstrim həvəskarlarının arzusudur.

"Millennium Tourism & Congress DMC" şirkəti öz Peterburq filialının bazasında azərbaycanlı turistlərə Rusiya proqramında unikal təkliflər edir.

"Bu gün şirkətdə müxtəlif uçuş və müxtəlif markalarda təyyarələrin təklifi hazırlanıb. Onlardan biri MİQ-29 təyyarəsində stratosferə 20-22 km yüksəklikdə uçuş və təyyarə endikdən sonra yüksək pilotajlıq qabilliyyətlərinin aşılanmasıdır. Proqram 2 ildir fəaliyyət göstərir, hazırda isə turistlər arasında xeyli populyardır", - "Millennium Tourism & Congress DMC SPb" ofisinin müdiri Natalya Kulik bildirib.

"Millennium Tourism & Congress DMC SPb" eyni zamanda dünyanın ən məşhur "Rus" komandasının heyəti ilə onların bazasında L-39 qırıcı təyyarələrində tur xidməti təklif edir.

Şirkətdən verilən məlumata görə, turun qiyməti təyyarənin tipindən və havada keçirəcək vaxtdan asılı olur. Qiymətlərə uçuş üçün rəsmi icazələrin hazırlanması, pilot tərəfindən instruktaj, həkim yoxlaması, pilot nəzarəti altında təyyarəni epizodik idarə etmək, turistin qidalanması və hava limanına qədər nəzarətçilərin müşayiəti daxildir.

Xəbər lenti

Xəbər lenti