...

"AtaBank" ASC kredit məhsullarını yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 10:34 (UTC +04:00)
"AtaBank" ASC kredit məhsullarının şərtlərini yüngülləşdirib və müddətini artırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
"AtaBank" ASC kredit məhsullarını yeniləyib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

"AtaBank" ASC kredit məhsullarının şərtlərini yüngülləşdirib və müddətini artırıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bank 60 ay müddətinə sərfəli faiz dərəcəsi və minimal sənəd toplusu ilə yeni kredit məhsullarını təklif edir. Müştərilər yeni "Ekspress kredit", "Universal kredit", "Faizsiz kredit" adlı kredit məhsulları və kredit kartları ilə bankdan qeyd olunan şərtlərlə kredit götürə bilərlər.

Kreditlərin alınması üçün müştərilər bankın regionlarda olan "Xaçmaz", "Sumqayıt", "Şirvan", "Lənkəran", "Göyçay", "Yevlax", "Mingəçevir", "Gəncə", "Naftalan" və 12 şəhər filial və şöbələrinə müraciət edə bilərlər.

"AtaBank" ASC müştəri məmnunluğunu artırmaq məqsədilə 2012-ci ildə bu istiqamətdə işləri davam etdiriləcək.

Qeyd edək ki, 2011-ci ilin axırına bankın xalis aktivləri 231 016,16 min manat, depozit portfeli 195 158,8 min manat, kredit portfeli isə 146 704,2 min manat təşkil edib.

Fevralın 1-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti