...

Azərbaycanda vergilərin elektron ödənişinə banklarla kollektiv müqavilənin imzalanmasından sonra başlanacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 13:31 (UTC +04:00)
Azərbaycanda vergi və dövlət rüsumlarının internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
Azərbaycanda vergilərin elektron ödənişinə banklarla kollektiv müqavilənin imzalanmasından sonra başlanacaq - nazir

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir N.İsmayılova /

Azərbaycanda vergi və dövlət rüsumlarının internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işləri başa çatdırılıb. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.

"Banklarla və digər aidiyyəti qurumlarla müvafiq kollektiv müqavilə imzalandıqdan sonra sistem fəaliyyətə başlayacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə isə vergilərin mobil telefonlar vasitəsilə ödənilməsi də mümkün olacaq.

"Vergi ödəyicilərinə xidmət sahəsində həyata keçirilən tədbirlər də genişləndirilir. Vətəndaşların elektron xidmətlərdən daha geniş istifadə edə bilməsini təmin etmək məqsədilə xidmət terminallarının vergi ödəyicilərinin elektron-xidmət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur", - o deyib.

Nazirin sözlərinə görə, 2011-ci il iyul ayının 1-dən fiziki şəxslərin elektron qeydiyyatına start verilib. Bu günə kimi ümumilikdə 13393 fiziki şəxs məhz bu üsulla qeydiyyatdan keçib ki, bu da bötüvlükdə vergi ödəyicisi kimi həmin dövrdən qeydiyyata alınmış fiziki şəxslərin 34,7 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti