...

Azərbaycan birbaşa vergi dərəcələrinə yenidən baxma imkanlarını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 17:04 (UTC +04:00)
Son 20 il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 75 min dəfə, xərcləri isə 83 min dəfə artıb.
Azərbaycan birbaşa vergi dərəcələrinə yenidən baxma imkanlarını öyrənir

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir A.Axundov/

Son 20 il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 75 min dəfə, xərcləri isə 83 min dəfə artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən Azərbaycan Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirləri şöbəsinin müdiri Cəmil Əlizadə bildirib.

"Büdcə göstəricilərinin orta illik artımı 40,4 faiz, xərcləri isə 40,1 faiz təşkil edib", - Əlizadə qeyd edib.

Onun sözlərinə görə, 2011-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 1995-ci illə müqayisədə 20,8 dəfə, qeyri-neft sektorunda isə 15,9 dəfə artıb.

Büdcə gəlirlərində vergi daxilolmalarının orta payı bu illərdə 70-80 faiz arasında dəyişib.

20 il ərzində mənfəət vergisi üzrə faiz dərəcələri 35-dən 20 faizə, ƏDV 28-dən 18 faizə, fiziki şəxslərdən gəlir vergisi 55-dən 30 faizə qədər azalıb.

"Bu növlər üzrə vergi yükünün azalması iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına səbəb oldu və yekunda müxtəlif sahələr üzrə büdcə gəlirlərinin artımı üçün əlverişli şərait yaratdı", - Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Büdcə gəlirlərində torpaq vergisinin payı 1995-ci ildə 4,4 faizdən 2,5 faizədək azalıb. Lakin bu sahədə potensial böyükdür və onun səmərəli istifadə edilməsi və bu sahəyə investisiyaların artırılması büdcə gəlirlərində torpaq vergisinin payını artıracaq.

2007-ci ildən sonra dünyada baş verən böhran proseslərinin fonunda Azərbaycanda mövcud vergilər üzrə dərəcələr, vergi güzəştlərinin tətbiqi, vergi inzibatçılığı sübut etdi ki, Azərbaycanda vergi siyasəti məqsədəuyğun və balanslaşdırılmış aparılıb.

"Bunun nəticəsində əsas vergi növləri - mənfəət vergisi, ƏDV və gəlir vergisi üzrə dərəcələrin artırılmasına zərurət qalmayıb. Halbuki bu, digər ölkələrdə müşahidə edilib. Bu dərəcələrin artırılması nəzərdə tutulmur. Əmlak, torpaq, mədən vergiləri, habelə gəlir vergisinin yuxarı faizinin tədricən azaldılması üzrə dərəcələrin yenidən nəzərdən keçirilməsi məsələsinə görə çoxsaylı müraciətlər var. Bu təkliflərə baxılır", - Əlizadə deyib.

Onun sözlərinə görə, torpaq və əmlak vergilərinə qarşı əsas vəzifə vergi tutumu bazasının onlarda qiymətlərin real bazar qiymətlərinə uyğun olaraq keçirilməsi yolu ilə genişləndirilməsidir.

Bu və dövlət büdcəsinə daxilolmaların artması bələdiyyə büdcələrinin real potensialını müəyyənləşdirməyə və onlara müstəqil fəaliyyət göstərmək imkanı təqdim etməyə şərait yaradacaq. Gəlir vergisinin yuxarı dərəcəsinin azaldılması üzrə islahatlar sistemdə sosial sığorta ödənişlərinin dəyişiklikləri ilə koordinasiya edilməlidir.

Xəbər lenti

Xəbər lenti