...

2011-ci ildə 396 borclu vergi ödəyicisinin Azərbaycandan çıxışı qadağan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 19:24 (UTC +04:00)
2011-ci ildə Azərbaycan 396 borclu vergi ödəyicisinin ölkədən çıxışını qadağan edib.
2011-ci ildə 396 borclu vergi ödəyicisinin Azərbaycandan çıxışı qadağan edilib

Azərbaycan, Bakı, 9 fevral /Trend müxbir N. İsmayılova/

2011-ci ildə 396 borclu vergi ödəyicisinin Azərbaycandan çıxışı qadağan edilib.

2011-ci ilin yekunları üzrə Azərbaycanda vergi ödəyicilərinin təxminən 70-80 faizi öz vergi öhdəliklərini vaxtında yerinə yetiriblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi İlkin Vəliyev bildirib.

"Bu, nazirliyin vergi ödəyicilərini maarifləndirmək məqsədilə apardığı daimi işin, habelə elektron xidmətlərin geniş spektrinin təqdim edilməsinin nəticəsidir", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, öhdəliklərini vaxtında yerinə yetirməyən vergi ödəyicilərinin 20-30 faizinə qarşı xəbərdarlıq üzrə ilkin tədbirlər tətbiq edilib.

"Həmin vergi ödəyicilərinin təxminən 73 faizinin borcu min manatı ötmür və maarifləndirici tədbirlər nəticəsində il ərzində borcluların sayının 20 faizə qədər azaldılmasına nail olunub", - Vəliyev deyib.

İdarə rəisinin sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinə vergi borcu olan 396 vergi ödəyicisinə qarşı ölkədən çıxmaq qadağası tətbiq edilib. Bu tədbirlər nəticəsində bu borcluların 61 faizi öz borclarını ödəyiblər.

Xəbər lenti

Xəbər lenti